“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasında mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu yeni avrokubok mövsümündə ilk matçına bu gün çıxıb.
İlkin mərhələdə çıxış edən təmsilçimiz Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə görüşüb. H qrupunda yer alan komandalar İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında üz-üzə gəliblər. Azərbaycan çempionu rəqibi darmadağın edib. Komandamızın vurduğu 7 qola rəqib cəmi 1 dəfə cavab verə bilib.
Qeyd edək ki, qrupun digər matçında Estoniyanın “Sillamae Silla” klubu yerli “Uddevalla” ilə qarşılaşacaq.
Çempionlar Liqası
İlkin mərhələ
H qrupu, I tur
21 avqust
“Araz-Naxçıvan” – “Sparta Belfast” - 7:1
Qollar: Giovanni Valerio, 2:06, 19:33, 20:32, K. Manafov, 21:01, Yaniç Aleksandar, 26:54, Amadeu, 32:18, E. Həsənzadə, 39:16 - Best, 34:49
Hakimlər: Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika), Daniel Stauber (Avstriya)
Timekeeper: Kastriot Gerxhaliu (İsveç)
Udeval. lAgnebergshallen