
AFFA-nın futzal üzrə baş inzibatçısı Fərrux Hüseynzadə beynəlxalq təyinat alıb.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti yayıb.
Həmyerlimiz UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün Afinada keçiriləcək AEK (Yunanıstan) – "Sportinq" (Portuqaliya) matçının UEFA nümayəndəsi olacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu, Hüseynzadənin ilk təyinatıdır.
Qeyd edək ki, cütün qalibi 1/4 finalda "Araz-Naxçıvan" – "Benfika" görüşünün qalibi ilə üz-üzə gələcək.