Çempionlar Liqasının 1-ci turunda baş tutan "İnter" - "Borussiya" (Mönhenqladbax) oyununda (2:2) Romelu Lukaku uğurlu seriyasını davam etdirib.
Fanat.Az xəbər verir ki, meydan sahiblərinin belçikalı forvardı avrokuboklarda ardıcıl 9-cu qolunu vurub.
Qeyd edək ki, Lukaku 2019/20 mövsümündə bütün turnirlər daxil olmaqla 51 matça çıxıb. Bu görüşlərdə 34 dəfə rəqib qapılarına yol tapan hücumçu 6 qol ötürməsi və 2 sarı vərəqə ilə də yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol