Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ən yaxşı adına "Mançester Yunayted"in hücumçusu Markus Reşford layiq görülüb. 23 yaşlı forvard "Leyptsiq"lə oyunda (5:0) het-trik edib.
O, azarkeşlərin səsverməsində "Atletiko"nun yarımmüdafiəçisi Joau Feliş, PSJ-nin hücumçusu Moyze Kin və "Atalanta"nın forvardı Duvan Sapatanı qabaqlayıb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol