Çempionlar Liqasında qrup mərhələsinin III turunda keçirilən "Zalsburq” (Avstriya) - "Bavariya” (Almaniya) matçında rekord qeydə alınıb.
Fanat.Az xəbər verir ki, "Bavariya”nın 6:2 hesabı ilə qalib gəldiyi görüşdə almanlar son 15 dəqiqədə 4 qol vurmaqla ilkə imza atıblar. Münhen klubunun futbolçuları 79, 83, 88 və 90-cı dəqiqələrdə fərqlənərək hesabı 6:2 ediblər.
Buna qədər heç bir komanda Çempionlar Liqası oyununun son 15 dəqiqəsində bu qədər qol vurmayıb.
Qeyd edək ki, 3 oyunda 3 qələbə qazanan "Bavariya” A qrupunun lideridir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol