"Barselona"nın baş məşqçisi Ronald Kuman Kiyev "Dinamo"sunu 2:1 hesabıyla yendikləri oyunun ardından açıqlama verib.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasında öz meydanında qələbə qazanan komandanın çalışdırıcısı belə danışıb:
"İlk qolu tez vurduq. Ardından ikinci dəfə rəqibin qapısına yol tapdıq. Lakin bundan sonra oyuna nəzarəti itirdik. Topsuz oyunumuz bəyəniləcək səviyyədə deyildi. Bu çatışmazlığın üzərində işləməliyik. "Dinamo" qapımız qarşısında çox sayda təhlükəli vəziyyətlər yaratdı.Ter Ştegen olmasaydı, yəqin ki, daha çox top buraxardıq. O, möhtəşəm qapıçıdır. Özü də əla formadadır".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol