"Çelsi"nin futbolçusu Olivye Jiru Çempionlar Liqasının tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi "tvitter" hesabında məlumat yayılıb.
34 yaşlı fransalı hücumçu turnirdə ən yaşlı poker edən oyunçu ünvanına sahib çıxıb. O, qrup mərhələsinin V turunda İspaniyada "Sevilya"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda bütün qolların müəllifi olub.
Qeyd edək ki, Olivye Jiru 2018-ci ildən "Çelsi"də çıxış edir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol