Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 4 cavab matçından sonra həftənin oyunçusu adına namizədlər bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bu ada Almaniyanın "Borussiya" (Dortmund) klubundan Erlinq Holann, Portuqaliya "Portu"sundan Serjiu Oliveyra, İngiltərə "Liverpul"undan Fabinyo və Fransa PSJ-nin qapıçısı Keylor Navas iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol