20:57 26.07.2022 807

"ÇL-də səhvlər bağışlanmır" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə "Sürix"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında çıxış edib. 

Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis bunları deyib:

"Çox vacib və maraqlı oyuna hazırlaşırıq. Fərqli oyun göstərən komandaya qarşı oynayacağıq. Bu görüşə hazırlaşmaq üçün xeyli vaxtımız oldu. Amma bilirik ki, rəqib də bu matça ciddi hazırlaşıb.

Meydanda hər şeyə hazır olmalı, yaxşı nəticə qazanmaq üçün həddindən artıq güc sərf etməliyik. Demək olar ki, buna hazırıq.

Ötənilki kollektivlə indiki komanda arasında elə bir fərq yoxdur. Sadəcə, rəqiblər fərqlidir. Biz hər komandaya qarşı düzgün və diqqətli oynamağa çalışırıq. Sadəcə, bu dəfə ilk iki mərhələlərdə daha ciddi rəqiblərlə düşdük. Digər tərəfdən, ötən mövsüm Konfrans Liqasında mübarizə aparırdıq. İki turnir arasında səviyyə tam başqadır. Ona görə də ÇL-də daha çox məsuliyyət tələb olunur. Burada səhvlər bağışlanmır.

Heyətlə bağlı çox dəyişiklik etməyi xoşlamıram. Güvəndiyim oyunçular var. İstənilən an hər bir futbolçunu düşünmədən əsas heyətdə oynada bilərəm. Həm də bəzi matçlar fərqli olur. Bəzən rotasiyalar edirsən. Sabah da xırda dəyişikliklər mümkündür".

Qurbanov ilk görüşdə olduğu kimi, cavab matçında da tərəflərin açıq oyuna üstünlük verə biləcəyini istisna etməyib: "Hər iki komandanın oyun üslubu bunu deməyə əsas verir. Biz buraya müdafiə olunmağa gəlməmişik. Rəqib də hücuma keçməlidir. Çox istərdik ki, azarkeşlər üçün da maraqlı qarşılaşma olsun. Rəqib çox məcbur etmədikcə müdafiədə oturmaq fikrimiz yoxdur. Qapalı oyun olacağını düşünmürəm".

Qeyd edək ki, iyulun 27-də oynanılacaq "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə "köhlən atlar" 3:2 hesablı qələbə qazanıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

01:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X