Estoniyanın paytaxtı Tallində keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatında Azərbaycanın ilk təmsilçisi mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, kişilərin şəxsi yarışında çıxış edən Vladimir Litvintsev qısa proqramda 83,46 bal toplayaraq, 7-ci yeri tutub. İdmançı yanvarın 14-də sərbəst proqramda çıxış edəcək.
Qeyd edək ki, yanvarın 16-dək davam edəcək Avropa çempionatında Azərbaycan konkisürənlərindən Yekaterina Ryabova şəxsi, Yekaterina Kuznetsova – Aleksandr Kolosovski dueti isə cütlüklərin yarışında mübarizə aparacaq.