Fransanın Monpelye şəhərində fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün buz üzərində rəqslərdə çıxış edən duetlər mübarizəyə başlayıb.
Azərbaycan təmsilçiləri Yekaterina Kuznetsova və Aleksandr Kolosovski də ritmik rəqsdə bacarığını göstəriblər. Duetimizin çıxışı 49,14 xalla qiymətləndirilib.
Konkisürənlərimiz uğursuzluqla üzləşərək 31 cütlük arasında 29-cu olub. Bununla da sərbəst proqramda çıxış edəcək 20 duet arasına düşməyən idmançılarımız mundialla vidalaşıb.