"Formula 1" üzrə Azərbaycan Qran-prisinin ləğv olunması barədə qərar verilib.
Fanat.Az xəbər verir ki, bu barədə "F1News" nəşri məlumat yayıb.
Məlumata görə, qərar tezliklə rəsmən açıqlanacaq. Məsələ ilə əlaqədar bütün müvafiq əməkdaşlar məlumatlandırılıb.
Qeyd edilir ki, Azərbaycanla yanaşı, Sinqapurdakı şəhər trası mərhələsi, eləcə də Yaponiya Qran-prisi də ləğv ediləcək. Lakin Rusiya, Vyetnam, ABŞ, Meksika, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki Qran-prilər reallaşacaq. "Formula 1" rəhbərliyi bu mövsüm ən azı 15 yarış təşkil etməyi düşünür.
Fanat.Az