2020-ci ildə "Formula 1" üzrə Azərbaycan Qran-prisi baş tutmayacaq.
Fanat.Az "Formula 1"-in saytına istinadən xəbər verir ki, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri rəsmən ləğv edilib.
Pandemiya şəraitində şəhər trasslarında yarışların təşkilinin çətin olması səbəbindən Azərbaycan və Sinqapur Qran-prilərinin keçirilməyəcəyi bildirilib. Yaponiyada isə ölkə sərhədlərinin bütün xarici vətəndaşlara bağlı olmasına görə, etap təqvimdən çıxarılıb.
Fanat.Az