Formula 1 Türkiyə Qran-Prisinin qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, “İstanbul Park” trasında təşkil olunan mövsümün 16-cı yarışında “Mercedes”in pilotu Valtteri Bottas birinci olub. “Red Bull Racing”in pilotu Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü yeri tutub.
Bu, Bottasın mövsümdə birinci, karyerasında isə onuncu qələbəsi olub.
Pilotların siyahısına M.Ferstappen başçılıq edir. Onun hesabında 262,5 xal var. Luis Hamilton ("Mercedes") 256,5 xalla ikinci, V.Bottas isə 177 xalla üçüncü pillədə yer alıb.
Konstruktorlar kubokunda "Mercedes" 433,5 xalla liderdir. Hesabında 397,5 xal olan "Red Bull Racing" ikinci, "McLaren" isə 240 xalla üçüncü yerdə qərarlaşıb.
Sahib Əsədbəyli