16:20 05.12.2024 1099

"Səbail" lisenziya şərtlərini pozur? - AFFA-dan açıqlama

"Səbail"in Müşahidə Şurasının keçmiş üzvü İxtiyar Asyabi klubun fəaliyyətini tənqid edərək bir çox faktların üstünü açıb. "Futbolinfo.az" saytına danışan Asyabi xüsusilə maliyyə saxtakarlığına toxunub: “Deməli, bunlar yeni işçi ştatı cədvəli tutdular. Ən maraqlısı bu idi ki, baş mühasib həm mühasibat işlərini aparırdı, həm də buna əlavə yeni ştat vermişdilər: satınalma şöbəsinin rəisi. Halbuki hüquqi tərəfdən bu ştatlar bir adamın əlində cəmlənə bilməz. Nəyə görə? Necə olur ki, eyni şəxs həm mühasibat işlərini görür, həm də müqavilə bağlayıb buradan həmin pulları köçürür? Yəni klubun mühasibi ilk növbədə özü-özü ilə müqavilə bağlamışdı”.

Qarşı tərəf Asyabinin ittihamını cavablandırarkən "mühasib məsələsi"ni belə izah etməyə çalışıb: "Klubun ştat cədvəli, baş mühasib və sair bu səpkili iddialar absurddur. Çünki klubumuzda baş mühasib ştatı mövcud deyil, maliyyə-mühasibatlıq işləri müqavilə əsasında kənar şirkət tərəfindən aparılır". 

Özünə peşəkar deyən klubun mühasibinin olmaması maraqlı gəldi. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, Bayıl təmsilçisinin cavabı nəinki qaranlıq mətləbə aydınlıq gətirir, əksinə ortaya yeni sual çıxarır. Axı lisenziyalaşdırma tələbləri, bu qaydalarda maliyyə ilə bağlı bənd var. "Səbail" maliyyə şərtlərini pozmurmu? Lisenziyalaşma şərtlərinə göz atdıqdan sonra AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədovla əlaqə saxladıq. Qurum rəsmisinə əvvəlcə konkret sualla müraciət etdik: "Premyer Liqa klubunda mühasib ştatının olması vacibdir?" Məmmədov əvvəl "mütləq olmalıdır" dedi, sonradan söhbətin "Səbail"dən getdiyini bilib "bir-birimizi anlamadıq" deyərək fikirlərinə düzəliş etdi. Onun məsələ ilə bağlı mövqeyi belə oldu: "Sualınızı düzgün anlamadım. Söhbət ştatdan getmir, əməkdaşdan gedir. Hansı ki, maliyyə ilə məşğul olan ixtisaslı, diplomlu əməkdaşı olmalıdır. Klub seçim edə bilər, ya kənardan mütəxəssis cəlb etməlidir, ya da özündə ştat açmalıdır. Nəinki AFFA, UEFA belə buna məhdudiyyət qoymur. Çünki bəzən kiçik klublar UEFA yarışlarında iştirak edirlər. Onların imkanları da bizim klublardakından qat-qat aşağıdır. Ona da UEFA tələb qoymur ki, istədiyi bütün ştatlar tam olsun. "62-ci maddə" kənardan işçi cəlb etməyə imkan verir. Buna görə də "Səbail"i və ya bu üsuldan istifadə edən hansısa digər klubu cəza gözləmir. Çünki onlar bizə xidmət təminatçısı ilə aralarındakı müqaviləni təqdim edirlər. Həmin əməkdaşın sənədini, diplomunu bizə göndərirlər. Belədə, meyar yerinə yetirilmiş olur". 

Rafael

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

27 Sentyabr 2026
23:57

Millimiz pley-offa gedə biləcəkmi? - Şanslarımız açıqlandı

22:51

Balde "Barselona"dan ayrılacaq?

22:11

Palmer qərarını verdi

21:47

"Arsenal" və "Liverpul" Kevin Şade uğrunda mübarizə aparır

21:27

"Real Madrid" Mak Allisterin transferində israrlıdır

20:37

Edqaras Yankauskas: "Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik"

20:03

Ayxan Abbasov Litva ilə matçdan sonra nə danışdı?

19:52

"Barselona" Markos Lyorenteni azad agent kimi transfer etmək istəyir

19:13

Aleksander-Arnold qışda "Real Madrid"i tərk etməyəcək

18:53

UEFA Millətlər Liqası: Azərbaycan millisi Litvadan 1 xalla dönür

18:21

"Barselona" Holannı transfer etmək üçün hərəkətə keçir

17:43

Virtslə bağlı son qərar verildi

17:21

İngiltərə klubları bu hücumçunu "radar"ına aldı

16:58

"Mançester Yunayted" müdafiəni gücləndirməyi planlaşdırır

16:12

"Fənərbağça"nın ümumi borcu açıqlandı

15:39

Mahir Məmmədov 3-cü dəfə FIDE-nin vitse-prezidenti seçildi

15:06

Şəhidlərin xatirəsi Litvada yad edildi

14:51

"Sabah"ın qapıçısı erkən qola üzülsə də...

14:13

Georgi Adamiya millinin baş məşqçisi oldu

13:36

NTD vidalaşdığı basketbolçuların adlarını açıqladı

13:07

Ümumdünya Şahmat Olimpiadası: Bu gün Azərbaycan milliləri son görüşlərini keçirəcək

12:45

Modriçdən yeni rekord

12:23

İngiltərə klubu "Bayern Münhen"in müdafiəçisi ilə maraqlanır

11:58

"Çelsi" və "Barselona" Bastonini istəyir

11:26

"Başqa bir gündə bu oyunu, şübhəsiz ki, qazana bilərdik" - Harri Keyn

10:49

"Belə futbolçu komandamızda olduğu üçün şanslıyıq" - Luis de la Fuente

10:22

UEFA Millətlər Liqası: Serbiya Niderlandı, Norveç Portuqaliyanı qəbul edir

09:47

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

UEFA Millətlər Liqası: Azərbaycan millisi Litvaya qarşı

05:01

UFC: Azərbaycanlı döyüşçü debüt matçında diskvalifikasiya olundu

01:25

Millətlər Liqası: İspaniya İngiltərəni məğlub etdi

26 Sentyabr 2026
23:56

"Barselona" onun üçün 80 milyon avro ödəyəcək?

22:54

Azərbaycan gimnastları dünya çempionatında bürünc medal qazanıblar

22:12

Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib

21:47

"Liverpul" "Real Madrid"in fransalı ulduzunu transfer siyahısına salıb

21:23

"Real Madrid" müdafiə xəttini "Ştutqart"ın gənc ulduzu ilə gücləndirmək niyyətindədir

20:47

"Arsenal" Ben Uaytın yerinə "Real Madrid"in ulduz müdafiəçisini transfer etmək istəyir

20:19

Bekhem biznes sayəsində 44 milyon avro gəlir əldə etdi

19:33

Stolüstü tennisçilərin Tbilisi sınağı

19:09

"Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik" - Mahir Emreli

Facebookdan bizi izləməyi unutmayın.
X