
“Neftçi” komandasında bir neçə ayrılıq reallaşıb.
Fanat.Az xəbər verir ki, mövsümü uğursuz başa vuran "ağ-qaralar"ı 7 futbolçu tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Altı futbolçusunun müqavilə müddəti başa çatıb. Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdi ilə müqavilə yenilənməyib.
Bundan başqa, icarə müqaviləsinin müddəti bitən Rüstəm Samiqullin məxsus olduğu “Sabah” klubuna qayıdıb.