
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Hayduk” (Xorvatiya) oyununun biletləri bu gün satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, biletlər saat 15:00-dan etibarən satışdadır.
Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10 və 50 manat təşkil edir.
Azarkeşlər biletləri aşağıdakı satış məntəqələrindən əldə edə bilərlər: Zirə İdman Kompleksi, “8-ci km stadionu” və Tofiq Bəhramov adına Respubilka stadionunun kassaları.
