16:00 17.07.2025 1269

PFL legioner limiti ilə bağlı qaranlıq məqama aydınlıq gətirdi - AÇIQLAMA

Azərbaycan Premyer Liqasında növbəti mövsüm iki əsas dəyişikliklə yadda qalacaq. Uzun fasilədən sonra 12 komandanın iştirakı ilə keçiriləcək çempionatda legioner limiti də tətbiq olunmayacaq. 2025/2026 mövsümündən əcnəbi oyunçulara qoyulan limit AFFA İcraiyyə Komitəsinin fevralın əvvəlində baş tutan iclasında ləğv olunub. 
Yeni qaydaya görə, oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu yer ala bilər. Meydanda eyni anda 11 legionerin oynamasına icazə verilib.

Bundan başqa, legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:

- 1 legionerdən 7 legionerə qədər: 5000 manat
- 8-dən 12-yə qədər: 10000 manat
- 13-dən 15-ə qədər: 100000 manat
- 16 və daha yuxarı: 200000 manat

Ancaq limitlə bağlı açıq qalan sual mövcuddur. Belə ki, qərarda bu rüsumun bir transfer dövrü üçün olduğuna, yoxsa bütöv mövsümə aid ediləcəyinə aydınlıq gətirilməyib. Deyək ki, hansısa klub mövsümün ilk yarısı üçün 12 legioner gətirir və bunun üçün 85 min (yeddisinə 5 min manatdan, beşinə 10 mindən) rüsum ödəyir. Qış "transfer pəncərəsi" dövründə isə onlardan deyək ki, beşi göndərilir. Yenidən 4-5 oyunçu alınarsa, ümumi say 16-17-yə çatır. Belədə bir neçə futbolçunun hər birinə görə 100 min ödəmək lazım gəlir. Bu isə kifayət qədər böyük məbləğdir. 
İcraiyyə Komitəsinin qərarının ilkin variantına əsaslandıqda isə, qışda 5 futbolçunu yola salıb 4-5-ni gətirməklə həmin klub mövsümün ikinci yarısına faktiki 11-12 legionerlə başlayır. Buna əsaslanıb yeniləri az məbləğdə rüsum ödəyərək qeydiyyata aldırır. 

Bəs əslində limit necə tətbiq olunacaq:

Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov Fanat.Az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:

"Legioner rüsumları bir mövsüm ərzində klubun sifariş vərəqəsinə daxil etdiyi ümumi legioner sayına əsasən hesablanır. Yəni rüsum bir transfer dövrü üçün deyil, bütöv mövsüm üçün tətbiq olunur.

Bu o deməkdir ki, klub mövsümün ilk yarısında 10 legioner qeydiyyatdan keçirib və ikinci yarıda onlardan bəzilərini əvəz etsə belə, mövsüm ərzində sifarişə daxil etdiyi ümumi əcnəbi futbolçu sayı 12-dən artıq olarsa, aidiyyəti rüsum dərəcəsi üzrə tam məbləğ ödənilməlidir.

Məsələn, əgər klub yay transfer dönəmində 10 legioner sifariş edərsə və qışda onlardan 3-nü əvəz edib 3 yeni legioner əlavə edərsə, ümumi sifariş olunan legioner sayı 13 olacaq. Bu halda klub sayca 13-cü olan legioner üçün nəzərdə tutulan 100 000 manatlıq rüsumu ödəməli olacaq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Sentyabr 2026
11:48

"Araz-Naxçıvan" 150-yə çatdı

11:32

"Neftçi" və Brenodan rekord göstərici

11:17

"Salahın keçidi Türkiyə futbolunun Avropadakı nüfuzunu daha da artırıb" - Fatih Terim

10:58

Koutinyonun yeni klubu məlum oldu

10:39

Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatıldılar

10:20

Salah karyerasını Yunanıstanda davam etdirəcək

10:01

Qvardiola "Trabzonspor"a "yaşıl işıq" yandırdı

09:43

"Sabahın Ulduzları": "Zirə" ilə "Sabah"dan darmadağınlar - FOTOLAR/NƏTİCƏLƏR

09:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Bunu hər kəs gördü" - İsmayıl Kartal

02:51

La Liqa: "Real Betis" səfərdən 3 xalla dönür

02:04

Premyer Liqa: "Lids" darmadağına sevindi

01:47

Super Liqa: "Fənərbağça" səfərdə xal itirdi

01:17

"Barselona"nın gənc ulduzu üçün 140 milyon avro ödəyəcəklər?

00:54

A Seriyası: "İnter"dən inamlı qələbə

14 Sentyabr 2026
23:58

"Neftçi" ilə vidalaşan təcrübəli yarımmüdafiəçi karyerasını harada davam etdirəcək?

23:13

"Liverpul" ulduzunu satmır

22:32

"Şəfa” öz oyunu ilə bu çempionata xüsusi rəng qata bilib" - Zaur Həşimov

22:14

Valdas Dambrauskas "Şəfa" üzərində qələbəni belə şərh etdi

21:25

"Neftçi" Elvin Camalovla yollarını ayırdı

21:12

"Trabzonspor"da yeni baş məşqçi axtarışı

20:53

MPL: "Sabah" darmadağına sevindi

20:11

"İnter" Hakan Çalhanoğlu ilə yeni müqavilə üçün hərəkətə keçir

19:48

"Fənərbağça" Mert Müldürlə müqaviləni yeniləyir

19:11

Marselo Brozoviç "Əl-Sədd"ə transfer olundu

18:40

Super Liqa tarixində Okan Buruk kimisi olmamışdı

18:15

II Liqa: 3-cü tura yekun vuruldu

17:48

Luis Enrike: "Əvvəlki üç çempionat oyunundakından pis oynadıq, amma..."

17:29

"Euro Cup"un qalibi "Sabah"da

17:11

"Landau Lions" ÇL-də mübarizəni dayandırdı

16:53

"Neftçi"də yeni müqavilə

16:35

Məhəmməd Əlini bu etirafa məcbur edən əfsanəvi boksçu vəfat etdi

16:17

"Liverpul" Rayanı rekord məbləğ qarşılığında ala bilər

15:58

Maldini qol vurdu, xəstəxanaya düşdü

15:40

Cəlilov heç-heçəni dəyərləndirdi: "Çempionluğa oynayan komanda ilə qarşılaşdıq"

15:22

Terim Osimhendən danışdı: "Kaş ki, həmin gün olardı"

15:04

Nigeriyalı müdafiəçi Azərbaycan klubuna keçir

14:46

Elman Sultanov getdi - "Mingəçevir"i növbəti oyuna Məmmədov çıxaracaq

14:28

"Sabah"ın "Şəfa" ilə oyuna neçə itki ilə çıxacağı bilindi

14:09

İlham Yadullayev: "Çox təəssüf ki, planımızı həyata keçirə, ilk qolu biz vura bilmədik"

Facebookdan bizi izləməyi unutmayın.
X