
"Barselona" "Kopenhagen"in 15 yaşlı isveçli vingeri Rayan Barcini transfer etmək üzərində işləyir.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, Rayan bir neçə gün əvvəl İspaniya nəhənginə keçən Runi Barcinin kiçik qardaşıdır . Onun hazırda “Kopenhagen”lə peşəkar müqaviləsi yoxdur və bir çox klublar 15 yaşlı isveçli ilə maraqlanır.

Rayan Barcinin bu il oktyabrın 31-də 16 yaşı tamam olacaq. O, İsveçin U-16 komandasının heyətində 3 oyun keçirib və 1 qol vurub.
"Barselona" böyük Barci üçün 2 milyon avro ödəyib. Runi Kataloniya klubu ilə 2029-cu ilin yayına qədər 4 illik müqavilə imzalayıb.
Mirağa