
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"u inamla yenən (3:1) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, səfər matçından sonra təşkil edilən mətbuat konfransında belə danışıb:
"Möhtəşəm qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm. Baxmayaqraq ki, gərgin oyuna şahidlik etdik. Futbolçularımız bu qədər azarkeş önündə sona qədər mübarizə apardılar, əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm, bizləri yalnız buraxmadılar. Stadionda çox gözəl ab-hava var idi. Üstünlüyümüz olsa da, hesab heç kimi aldatmamalıdır. Bakıdakı qarşılaşmada daha ciddi oynamalıyıq. Çünki rəqibin heyətində elə futbolçular var ki, adi vəziyyətdə qol vura bilirlər".