
“Sabah” gələn həftəsonu Misli Premyer Liqasının yeni mövsümündə “Bank Respublika Arena”da ilk oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Misli Premyer Liqasının III turu çərçivəsində keçiriləcək “Sabah” – “İmişli” oyununun biletləri artıq indidən satışdadır.
"Bayquşlar"ı mövsümün ilk ev oyununda stadiondan dəstəkləmək istəyənlər biletləri bu gündən “iticket.az” saytından əldə edə bilərlər.
Qeyd edək ki, “Sabah” – "İmişli" matçı avqustun 31-i, saat 19:30-da “Bank Respublika Arena”da baş tutacaq. Valdas Dambrauskasın baş məşqçisi olduğu komandanın ilk turda "Qarabağ"la görüşü təxirə salınıb. Paytaxt təmsilçisi 2-ci tura səfərdə "Şamaxı" ilə qarşılaşacaq.