
İngiltərə Premyer Liqa təmsilçisi "Nottingem Forest" baş məşqçi dəyişikliyinə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.
Mənbənin məlumatına görə, Espirito Santo klub rəhbəri Evangelos Marinakis ilə fikir ayrılığına görə "meşəbəyilər"i tərk etməyə yaxındır.
Artıq "Nottingem Forest"in baş məşqçi postuna əsas namizədləri də bəllidir. Komandanı Joze Mourinyu ilə Angelos Postekoğlundan biri çalışdıra bilər.
“Tottenhem”in sabiq çalışdırıcısı Postekoğlu yenidən İngiltərə çempionatına qayıtmaq istəyir. Mourinyu hazırda "Fənərbağça"ya rəhbərlik edir.
Mirağa