
"Milan" və "Portu" klublarının sabiq çalışdırıcısı Serxiu Konseysaunun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 50 yaşlı portuqaliyalı məşqçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
İnformasiyanı “Foot Mercato” yayıb. Mənbənin məlumatına görə, "Əl-İttihad" klubu onunla razılığa gəlib. Konseysau danışıqları yekunlaşdırmaq və fransız Loran Blanı qovan “Əl-İttihad”la müqavilə imzalamaq üçün Səudiyyə Ərəbistanına səfər edəcək.
Qeyd edək ki, Serxiu Konseysau 2024-cü ilin dekabrından 2025-ci ilin iyununa kimi "Milan"ı çalışdırıb. O, bundan əvvəl "Portu", "Nant", "Braqa" və digər klublarla çalışıb.
Mirağa