
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda 4-cü turda London "Çelsi"si ilə qarşılaşıb.
İngiltərə təmsilçisini Bakıda qəbul edən ağdamlılar "Azərsun Arena"da baş tutan görüşdən də böyük hesablı məğlubiyyətlə ayrılıb - 0:5. Rəqib bütün qollarını ikinci hissədə vurublar.
Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası əvvəlki üç turdakı oyunlarının hamısını böyük hesabla uduzub - "Benfika" 1:7, "Kopenhagen" 0:5, "Atletik Bilbao" 0:3.
UEFA Gənclər Liqası
Liqa mərhələsi, 4-cü tur
5 noyabr
"Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə) 0:5
Qollar: Qordon, 58. Derri, 66; 68. Мхеука, 80. Ranhem, 90+2.
"Azərsun Arena".