
"Liverpul"un əfsanəsi və "Aston Villa"nın keçmiş baş məşqçisi Stiven Cerrard İngiltərə Çempionşipinin liderlərindən birindən iş təklifi alıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.
Tezliklə məşqçisiz qala biləcək “Midlsbro” – Rob Edvardsı “Vulverhempton” almağı planlaşdırır – 45 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.
Cerrardın son klubu 2025-ci ilin yanvarında tərk etdiyi "Əl-İttifaq" olub. "Reyncers" bir gün əvvəl ona təklif göndərsə də, Stiven Şotlandiyaya qayıtmaqdan imtina edib.
"Midlsbro" Çempionşipdə keçirdiyi 15 matçdan sonra 29 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider "Koventri"nin 34 xalı var.
Mirağa