
“Real Madrid”in sabiq ulduzu Toni Kros Arda Güler barədə xoş sözlər söyləyib.
Fanat.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu barədə “RMC Farab” nəşrinə açıqlama verib.
Kroos, Ardanın bu mövsümdə daha çox şans qazanmasından məmnun olduğunu bildirib:
“Ardanın bu il daha çox oynamaq imkanı əldə etməsinə sevinirəm. Çünki bu, onun sonuna qədər haqq etdiyi bir şeydir. O, incə toxunuşları və oyun zəkası ilə meydanda fərq yaradır. Ümid edirəm ki, bu davamlı olar və o, komandamıza daha çox töhfə verər.”
Alman futbolçu həmçinin qeyd edib ki, Arda Gülerin gələcəyi “Real Madrid” üçün çox parlaq görünür və komanda daxilində hər kəs onun istedadını yüksək qiymətləndirir.
Kamil Xudiyev