
"Arsenal"ın keçmiş ulduzu Pyer-Emerik Obameyanq 2022-ci ildə "Çelsi" ilə müqavilə imzalamaq qərarını səhv adlandırıb.
Fanat.Az xəbər verir ki, qabonlu ulduzun fikirlərini ESPN belə təqdim edib:
"O vaxt "Barselona"da pis dövr keçirirdim. Evim qarət olundu. "Barsa"nın da oyunçu satması lazım idi - məni və ya Memfis Depayı göndərmək istəyirdilər. Stolda yeganə seçim "Çelsi" idi. Ona görə də dedim: "Yaxşı, ailəmin xatirinə, "Çelsi" də olsa, gedəcəm. Bu, səhv idi, çox böyük səhv. Heç bir problemim olmayacağını düşünürdüm - Olivier Jiru da "Arsenal"dan "Çelsi"yə gəldi və hər şey yaxşı görünürdü. Amma mənim üçün hər şey tamam başqa cür oldu".
Xatırladaq ki, hücumçu londonluların heyətində 21 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. Tezliklə komandadakı yerini itirən futbolçu "Olimpik Marsel"ə keçib. "Əl-Qadisiya"da qısa müddət qaldıqdan sonra Obameyanq hazırda əvvəl oynadığı Fransa klubuna qayıdıb.
Mirağa