
"Liverpul" mərkəz müdafiəçisi İbrahima Konatenin cavabını çox gözləməyəcək.
Fanat.Az xəbər verir ki, "qırmızılar"ın rəhbərliyi indiyədək hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq fransız futbolçunu yeni anlaşma imzalamağa razı sala bilməyib.
"Caught Offside" iddia edib ki, "Liverpul" Konateyə xəbərdarlıq ünvanlayıb. O, tezliklə müqavilənin uzadılmasına razılıq verməsə, transfer siyahısına salınacaq. Klub vəziyyəti tez bir zamanda aydınlaşdırmaq istəyir ki, zərurət yaranarsa, 26 yaşlı mərkəz müdafiəçisinin əvəzlənməsi üzərində işə başlaya bilsin.
Mersisaydlılar müqaviləsi gələn yaya qədər olan "Kristal Pelas"lı Mark Quehi ilə maraqlanmağa başlayıb.
Mirağa