
"Liverpul" Məhəmməd Salahın yerinə "Bayern Münhen"in futbolçusu Maykl Oliseni transfer etmək üçün böyük pul xərcləməyə hazırdır.
Fanat.Az xəbər verir ki, informasiyanı Fichajes.net yayıb.
Mənbənin məlumatına görə, Fransa millisinin cinah oyunçusu “Enfild”də əfsanəvi misirlinin ideal əvəzedicisi kimi görünür.
İngiltərə çempionu "Bayern"in aparıcı oyunçusu üçün 200 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Olise ötən yay Almaniya nəhənginə İngiltərənin "Kristal Pelas" klubundan transfer olunub.