
Mərakeş milli komandası dünya futbolunda mühüm rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, Afrika təmsilçisi İspaniyanın 15 oyunluq rekordunu geridə qoyaraq millilər tarixində ən uzun qalibiyyət seriyasına sahib olan komanda olub.
Mərakeş ardıcıl 17 qarşılaşmada rəqiblərini məğlub etməklə möhtəşəm performans göstərib. Komandanın son matçlarda ortaya qoyduğu dominant oyun Afrikanın ən güclü kollektivlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib.
Aşağıda Mərakeşin rekord seriya boyunca qazandığı nəticələr yer alır:
1-0 Mozambik
1-0 Konqo
1-0 Bəhreyn
2-0 Zambiya
5-0 Niger
1-0 Benin
2-0 Tunis
2-0 Tanzaniya
2-1 Niger
7-0 Lesoto
5-1 Qabon
4-0 Orta Afrika Respublikası
5-0 Orta Afrika Respublikası
1-0 Lesoto
4-1 Qabon
6-0 Konqo
2-1 Zambiya
Bu nəticələrlə Mərakeş yalnız Afrika deyil, dünya futbolunda da diqqətləri üzərinə çəkib.
Kamil Xudiyev