
"Əl-İttihad"ın hücumçusu Kərim Benzema sabiq klubu "Real Madrid"də təzyiqlərə məruz qalan braziliyalı Vinisius Juniorun müdafiəsinə qalxıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano fransız forvardın açıqlamasını belə təqdim edib:
"Komandaya bu qədər töhfə verən birini tənqid etmək ədalətsizlikdir. O, döyüşkən, faydalı oyunçudur. Vinisius fenomendir. Lakin insanlar ona həddən artıq təzyiq göstərirlər. Təbii ki, o, daha çox şeyə qadirdir. Ancaq onun indi o qədər də pis olduğunu söyləmək düzgün deyil".
Xatırladaq ki, Vinisius Junior bu mövsüm “kral klubu”nun heyətində İspaniya çempionatında 12 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa