
"Beşiktaş" qış transfer pəncərəsi üçün ciddi hədəflərindən biri olan İrfan Can Kahveci məsələsində addım atmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, “Sözcü” qəzetinin məlumatına görə “qara–ağlılar” yaxın günlərdə "Fənərbağça" ilə rəsmi danışıqlara start verəcək.
"Beşiktaş" rəhbərliyi Sərgən Yalçının yaradıcılıq qabiliyyətli yarımmüdafiəçiyə ehtiyacı olduğunu düşünür və 29 yaşlı futbolçunun oyun üslubunun komandaya uyğun olduğunu hesab edir.
"Fənərbağça"nın isə futbolçunu satmaq məsələsinə hələlik ehtiyatla yanaşdığı bildirilir.
İrfan Canın mövsümün əvvəlindəki zədəsi səbəbilə az oynasa da, təcrübəsi və oyun quruculuğu bacarığı ona qarşı marağı artırıb. Transfer pəncərəsi açılan kimi tərəflər arasında danışıqların intensivləşəcəyi gözlənilir.
Kamil Xudiyev