
UEFA Avropa Liqasının son qalibi "Tottenhem" ukraynalı qapıçı Andrey Luninin mümkün transferi ilə bağlı "Real Madrid"lə danışıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Mənbənin iddiasına görə, londonlular qapıçı üçün 12-15 milyon avro ödəməyə hazırdır. Lakin Madrid klubunun rəhbərliyi artıq ilk təklifdən imtina edib. İspaniya nəhəngi Tibo Kurtuanın əvəzləyicisini mövsümün ortasında buraxmağın onlar üçün çox riskli olacağını bildiriblər. Ancaq yayda vəziyyət dəyişə bilər, xüsusən də Lunin özü təkliflərə baxmağı xahiş etsə.
İngiltərə Premyer Liqa təmsilçisi danışıqları davam etdirmək niyyətindədir.
Luninin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
Mirağa