
İngiltərənin "Çelsi" klubu "Atletiko Madrid"in ispan yarımmüdafiəçi Pablo Barriosu transfer etməkdə maraqlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.
Mənbənin məlumatına görə, London klubu bu qış 22 yaşlı futbolçunu almağa çalışırr. Artıq "Çelsi" gənc yarımmüdafiəçi üçün "Atletiko Madrid"ə rəsmi sorğu göndərib. Madrid nəhəngi Barriosun satışından ən azı 100 milyon avro almağı planlaşdırır.
Onun bazar dəyəri 55 milyon avrodur.
Pablo Barrios bu mövsüm İspaniya çempionatında "Atletiko Madrid"in heyətində 11 oyun keçirib və 1 qol vurub. Yarımmüdafiəçi 2022-ci ildən İspaniya klubundadır.