
“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 9-cu turunda ev oyununda “Əl-Xalic”i məğlub edib.
Fanat.Az xəbər verir ki, Ər-Riyadda keçirilən görüş Kriştianu Ronaldunun komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Əl-Nəsr"i qolların Joau Feliks, Uesley, Sadio Mane və Kriştianu Ronaldu imza atıblar. Qonaqların heyətində Murad Əl-Hövsəvi fərqlənib.
40 yaşlı Ronaldu möhtəşəm akrobatik zərbə ilə qol vurub. O, matçın 90+6-cı dəqiqədə yekun nəticəni müəyyənləşdirib. Bu, onun peşəkar karyerasında 954-cü qol olub.
“Əl-Nəsr” 27 xalla çempionat cədvəlində birinci, “Əl-Xalic” (14 xal) isə altıncı yerdədir.