
"Serik Bələdiyəspor"un sabiq baş məşqçisi Sergey Yuran Türkiyədə çalışmağa başladığı ərəfədə "Turan Tovuz"un çalışdırıcısı Kurban Berdiyevlə bağlı sirrini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Yuran bu barədə "Sport-Express"-ə müsahibəsində belə deyib:
"O, mənə şərqli futbolçularla ehtiyatlı davranmaq və kəskin qərarlardan çəkinmək lazım olduğunu bildirdi. Onun məsləhətləri qulağımdadır: "Sergey, bilirəm ki, sən emosional oğlansan. Amma vintləri çox da kəskin sıxma. Hər şeyi sakit et, tədricən öz gündəliyini irəli sür. Dinlə, amma öz yolun ilə get. Sadəcə, çox kəskin olma. Hər şeylə razılaş, amma öz bildiyini et". O mənə həmçinin komandanın veteranları ilə daha çox vaxt keçirməyi tövsiyə etdib. Berdiyevin ağsaqqalyana məsləhət 100 faiz öz bəhrəsini verdi".
Qeyd edək ki, Yuran Serikdə bir neçə ay çalışıb. O, maaş borcu və futbolçuların boykotu səbəbindən ötən ay klubu tərk edib.
Yuran vaxtilə Azərbaycan klubu "Simurq"u çalışdırıb.