
“Beşiktaş”ın portuqaliyalı ulduzu Rafa Silva son günlər yaşanan gərginlikdən sonra susqunluğunu pozub.
Fanat.Az xəbər verir ki, futbolçu vəziyyətin düzəlməsini istədiyini və komandadan uzaq qalmaq niyyətində olmadığını açıqlayıb.
Rafa Silva “Hürriyet”ə verdiyi açıqlamada bunları deyib:
“Son yaşananlardan sonra hər şeyi yenidən düşündüm. Artıq bu problemin həll olunmasını istəyirəm. Məşqlərə və matçlara çıxacağam. Qış fasiləsində nə baş verəcəyini bilmirəm, amma mənə şans verildiyi müddətdə komandam üçün əlimdən gələni edəcəyəm.”
Portuqaliyalı yarımmüdafiəçi mövsümün əvvəlindən bəri zədələr və şəxsi problemlər səbəbilə ardıcıl oyun ritmini tutmaqda çətinlik çəkirdi. Bununla belə, Silva komandanın hücum planlarında önəmli rol oynamağa davam edir və rəhbərlik futbolçunun qışda ayrılacağı ilə bağlı qərarı hələlik açıq buraxıb.
Kamil Xudiyev