
"Liverpul" Çempionlar Liqasında PSV-yə 1:4 hesablı məğlubiyyətdən sonra baş məşqçi Arne Slotu istefaya göndərməklə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, mersisaydlıların ardıcıl 3-cü matçda böyük hesabla məğlub olması rəhbərliyin səbr kasasını daşırıb.
"İndykaila News" bu gün, cümə axşamı klub rəhbərliyinin fövqəladə iclas keçirəcəyi və komandanın problemlərinin müzakirə olunacağı barədə informasiya yayıb. Mənbənin məlumatına görə, "Liverpul" vəziyyətini yaxşılaşdırmaq üçün ilin sonuna qədər vaxt verilməsinə hazır olan niderlandlı məşqçinin dərhal istefası da daxil olmaqla, "sərt tədbirlər" görməyə hazırdır. Rəhbərliyin qənaətincə, Slot komanda liderlərinin dəstəyini itirib.
"Liverpul" bazar günü Premyer Liqa matçında "Vest Hem" ilə qarşılaşacaq.
Mirağa