
Misli Premyer Liqasında 14-cü tur başa çatıb.
Fanat.Az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.
Günün son matçında "Sumqayıt" "İmişli"ni qəbul edib. Meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşan matç gərginliyi ilə diqqət çəkib.
90+12-ci dəqiqədə "İmişli"nin futbolçusu Ronaldo de Souza topu yan xəttdən meydana daxil etmək istəyərkən "Sumqayıt"ın texiniki zonası ilə insident yaşayıb.
Böyüyən hadisə əlbəyaxa davaya çevrilib. Əliyar Ağayev meydan sahiblərindən Xəyal Fərzullayevi, qonaqlardan isə Ronaldo de Souza və Luis Silvestri sarı vərəqə ilə cəzalandırıb. Həmçinin, Ağayev məşqçi Veliçko Kaplanoviçə də qırmızı vərəqə göstərib
Qeyd edək ki, qonaqlar matçın 90+8-ci dəqiqəsində penalti qazansalar da, topa yaxınlaşan İbrahim Əliyev hədəfdən yayınıb.
Kamil Xudiyev