15:37 12.02.2026 685

Ronaldunun boykotu: Ərəblər sərvətdən, portuqaliyalı mundialdan məhrum ola bilər

Superulduz Kriştianu Ronaldu "Əl-Nəsr"in oyunlarını boykot etməyə davam edir. 

Fanat.Az xəbər verir ki, portuqaliyalı hücumçunun yoxluğu komandanın nəticələrinə təsir etməsə də (o, iki oyunu buraxıb, "Əl-Nəsr" hər ikisində qalib gəlib), onun statusu liqanın maliyyə göstəricilərinə təsir göstərə bilər.

Münaqişə Kriştianunun Səudiyyə Ərəbistanı Suveren Sərvət Fondunun (PIF) "Əl-Nəsr"i idarə etməsindən narazılığı üzündən yaranıb. O, fondun lazımi transferləri həyata keçirməməsindən narazıdır. 

Tanınmış insayder Fabrizio Romano münaqişənin detalları barədə açıqlama yayıb:

“Problem Ronaldu ilə "Əl-Nəsr" arasında deyil. Onun məşqçisi, komanda yoldaşları, azarkeşləri və rəhbərlik ilə əla münasibətləri var. Amma Səudiyyə Ərəbistanı Pro Liqasının bir neçə klubuna nəzarət edən və investisiyalar, büdcələr və digər hər şeylə bağlı qərarlar qəbul edən PIF fondu var. Ronaldu fondun oyunçu transferlərini idarə etməsindən və ümumi strategiyanı ən yüksək səviyyədə həyata keçirməsindən narazıdır". 

Futbolçunun demarşı milyonlarla dollarlıq itkilərə və uzunmüddətli diskvalifikasiyaya səbəb ola bilər. Ronaldunun boykotu artıq Səudiyyə Ərəbistanı liqasının imicinə və maliyyə vəziyyətinə ciddi ziyan vurur. Münaqişə fonunda Səudiyyə Ərəbistanı Pro Liqasını yayımlayan Amerika televiziya kanalı FOX müqaviləsini vaxtından əvvəl ləğv etməyə hazırlaşır. Amerika yayımçısından əlavə, digər şirkətlər də liqanın yayımlarını ləğv edə bilərlər. İlkin hesablamalara görə, liqa belə bir halda 2,5 milyard dollar zərər görəcək. Faktdır ki, Ronaldunun oyunları buraxmasından sonra liqanın qlobal izləmə göstəriciləri 60-70 faiz azalıb. Futbolçu "Əl-Nəsr"dən ayrılsa, yalnız portuqaliyalıya görə Səudiyyə Ərəbistanına gələn qlobal sponsorlar da eyni addımı ata bilərlər.

Lakin PIF-in bir ciddi üstünlüyü var: FİFA qaydaları. Kriştianu etirazlarını davam etdirərsə, fondun vəkilləri anlaşmanın bəndlərini pozduğuna görə onun müqaviləsini ləğv edə bilərlər. Onda Ronaldu ciddi problemlərlə üzləşəcək: məvacibinin qalan hissəsini (400 milyon dollar) itirəcək. Bundan başqa, o, liqa tərəfindən bütün zərərlərə görə məhkəmə iddiaları ilə üzləşəcək. Ən əsası, FİFA Kriştianuya uzunmüddətli qadağa tətbiq edə bilər ki, bu da onun 2026-cı il dünya çempionatını buraxacağı anlamına gəlir. 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

27 İyun 2026
01:06

DÇ-2026: Fransa millisi darmadağına sevindi, Seneqaldan İraqa 5 cavabsız top

00:33

"Real Madrid"də şok ayrılıq

26 İyun 2026
23:57

Arda Güler karyerasını harada davam etdirəcək?

23:11

Lyubomir Tupta "Neftçi"də - RƏSMİ

22:53

Neymar ABŞ-yə getməkdən imtina etdi: Danışıqlar dayandırıldı

22:24

Karlo Ançelotti Braziliya himnini öyrənir: Avtobusda xüsusi tapşırıq

21:47

Tçuameni "Mançester Yunayted"ə yaşıl işıq yandırdı

21:12

Piero Hinkapi üçün 40 milyon avro

20:48

"Atletiko Madrid" və "İnter" A Seriyasının ulduzunu yaxından izləyir

20:14

FIFA-dan "Arsenal"a böyük jest: Günlük 75 min dollar qazanc

19:36

"Sabah"ın Çempionlar Liqasındakı tarixi debütü bu kanalda yayımlanacaq

19:12

"Zirə"nin avrokubok oyunları "İdman Azərbaycan"da

19:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

18:48

"Arsenal"dan Bruno Qimaraes üçün 55 milyon funt-sterlinqlik təklif

18:20

"Barselona" Ansu Fatini satır: "Monako" ilə razılıq əldə olundu

17:50

Klopp Almaniya yığmasını yıxıb-sürüdü

17:32

"Bizi bağışlayın" - Arda Güler

17:16

UFC-nin təntənəli çəkiölçmə mərasimi başlayır - FOTOLAR

16:40

DÇ-lərdə Kaan Ayhandan daha gec qələbə qolu vuran olubmu?

16:32

Əhməd Çində medal qazandı

16:23

"Bağışlayın, amma biz qələbə qazanmışıq" - ABŞ millisinin baş məşqçisi özündən çıxdı

15:46

"Ayaks"ın "qənim"i faciəli şəkildə dünyasını dəyişdi

15:07

"Ardıcıl iki oyunda qalib gələrək ilkə imza atmaq istəyirdik" - Qustavo Alfaro

14:54

Asiyada Naqomoto kimisi olmamışdı - Rekord

14:26

"Neftçi" Yuri Vernidubla müqavilə yenilədi - RƏSMİ

14:15

Portuqaliya klubundan ayrılan futbolçu Azərbaycan təmsilçisi ilə müqavilə bağlayır

13:41

Almaniya üzərində qələbə ölkədə tətilə səbəb oldu

13:22

"Komandamızın çıxışı inanılmazdır"

12:59

Nagelsman Almaniyanın Ekvadora məğlubiyyətini belə şərh etdi

12:20

DÇ-2026: Pley-offa yüksələn 19 komanda bilindi, 4 cüt müəyyənləşdi

11:54

"Bu komanda buna layiq deyildi" - Türkiyə millisinin baş məşqçisi

11:19

Paraqvay - Avstraliya oyununun ən yaxşısı bilindi

10:51

Mərakeşdən ehtiyat edən Ronald Kuman Tunislə oyunda nəyə təəccüblənib?

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:12

DÇ-2026: Fransa ilə Norveç qrup liderliyi uğrunda duelə çıxır, Seneqal İraqa qarşı

09:48

Arda Güler ABŞ ilə oyunda mükafat aldı

09:25

Bakıda UFC həyəcanı: Döyüşçülər tərəziyə çıxır

09:00

Dünya çempionatları tarixində yeni rekord qeydə alındı

08:15

DÇ-2026: Türkiyə "qapını möhkəm çırpdı", Niderland inamlı qələbə qazandı

02:29

"Qarabağ"ın yeni transferindən ilk rəsmi açıqlama

Facebookdan bizi izləməyi unutmayın.
X