
Avstraliya millisinin yarımmüdafiəçisi Eyden Onil 2026-cı il dünya çempionatının qrup mərhələsində Paraqvayla matçın ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, San Fransiskoda keçirilən D qrupunun oyunu 0:0 hesabı ilə başa çatıb.
Əsas heyətdə yer alan və bütün matçı meydanda qalan Onil oyunun ən yaxşısı olub.
Avstraliya dörd xal qazanaraq ardıcıl ikinci dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib. 2022-ci ildə avstraliyalılar 1/8 finalda Argentinaya 1:2 hesabı ilə məğlub olublar.