
"Liverpul"un baş məşqçi postunda yayda reallaşacağı gözlənilən dəyişiklik barədə yeni məlumat yayılıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Nikolo Skira bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Xəbərə görə, Mersisayd klubu UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi və ya cari mövsümü kubok qazanmadan başa vuracağı halında Arne Slotu istefaya göndərəcək. Niderlandlı mütəxəssisin yerinə "Liverpul" rəhbərliyi arasında yüksək etimada malik Xabi Alonso gətiriləcək.
"Liverpul" hazırda 42 xalla Premyer Liqanın turnir cədvəlində altıncı yerdədir.