
"Real Madrid"in zədəli hücumçusu Kilian Mbappe "Kral klubu"nun həkimlərinin onun sağlamlığı ilə bağlı nəticələrinə əmin olmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, daha əvvəl diz əməliyyatından imtina edən fransız hücumçu təkrar müayinə üçün vətəninə qayıdıb.
Bu haqda İspaniya klubunun rəsmi saytında yer alan açıqlamada deyilir:
"Fransalı mütəxəssislər tərəfindən "Real Madrid"in tibbi xidmətlərinin nəzarəti altında aparılan müayinədən sonra oyunçumuzun sol dizinin burxulması diaqnozu təsdiqləndi və konservativ müalicə məqsədəuyğun hesab edildi. Oyunçunun vəziyyəti izləniləcək".
Mbappe bu mövsüm klubun heyətində 33 oyunda 38 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa