
"Real Madrid"in üç futbolçusu cəza səbəbindən "Selta" ilə oyunu buraxacaq.
Fanat.Az xəbər verir ki, müdafiəçiləri Din Heysen və Alvaro Karreras, eləcə də yarımmüdafiəçi Franko Mastantuono İspaniya çempionatının 27-ci turunu buraxacaqlar.
"Xetafe"yə 0:1 hesabı ilə uduzduqları oyunda Heysen və Karreras növbəti dəfə sarı vərəqə aldıqları üçün cəzalı duruma düşüblər. Mastantuono isə birbaşa qırmızı vərəqə alıb.
"Selta" - "Real Madrid" matçı 7 martda keçiriləcək.
2025/26 mövsümündə Heysen 33 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Karreras 34 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Mastantuono isə 26 matçda 3 qol vurub.
Qeyd edək ki, "Real"ın ulduzu Kilian Mbappe zədə səbəbindən komandaya kömək edə bilmir.