
"Liverpul"un yeni oyunçusu Jeremi Jake əməliyyat olunmaq məcburiyyətindədir.
Fanat.Az xəbər verir ki, məlumatı "Renn"in mətbuat xidməti yayıb.
Xatırladaq ki, İngiltərə nəhəngi 20 yaşlı müdafiəçini bu qış 60 milyon funt sterlinqə transfer edib. Lakin o, yeni komandasına yalnız yayda qoşulacaq.
"Lans"la matç zamanı Jake yıxılaraq çiynindən zədələnib. İndi onu əməliyyat gözləyir. Tibbi müdaxilə yaxın günlərdə reallaşacaq. Futbolçunun hazırki klubu oyunçunun sağalma müddəti barədə məlumat verməyib.
Jake bu mövsüm 19 oyunda meydana çıxıb.