
Argentina millisinin və "Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallister İspaniya karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, onunla "Real Madrid" yaxından maraqlanır.
"Planeta Real Madrid"in məlumatına görə, mersisaydlılar hələlik ulduz yarımmüdafiəçisi ilə ayrılmaq niyyətində deyillər. Bununla belə, "Kral klubu" danışıqlara başlayarsa, "qırmızılar" yüksək transfer haqqı tələb edəcək.
Makallisterin "Liverpul"la hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatır. Argentinalı futbolçunun bazar dəyəri 85 milyon avro olaraq qiymətləndirilir.