
Türkiyənin Super Liqa təmsilçisi "Kayserispor" ilə 1-ci Liqa komandası "Amedspor"a FIFA tərəfindən transfer qadağası tətbiq olunub.
Fanat.Az xəbər verir ki, FIFA müvafiq qərarı rəsmi saytı vasitəsilə açıqlayıb.
"Kayserispor" növbəti üç transfer dönəmində yeni futbolçuların qeydiyyatını həyata keçirə bilməyəcək.
"Amedspor"a isə qadağa aradan qaldırılana qədər qeyri-müəyyən müddətli cəza tətbiq olunub. "Amedspor"un prezidenti Nahit Eren cəzalanmalarının səbəbini belə açıqlayıb: "Klubumuza müvəqqəti transfer qadağası qoyulub, çünki əvvəlki administrasiya 2025-ci ildə keçmiş oyunçumuz Bobbi Adekanyenin transferi zamanı razılaşdırılmış transfer haqqını ödəməyib. Biz oyunçunun maaşını 15 gün əvvəl ödəmişik. Bu qadağa onun əvvəlki klubundan gələn şikayət əsasında tətbiq edilib. Bu gün pulu depozitə qoyacağıq və qadağanın aradan qaldırılmasını gözləyəcəyik".