
Mərakeş millisinin hücumçusu İsmael Saibari cari Dünya çempionatında nümayiş etdirdiyi oyunla adını futbol tarixinə yazdırıb.
Fanat.Az xəbər verir ki, istedadlı oyunçu komandasının qrup mərhələsində qarşılaşdığı hər üç rəqibin — Braziliya, Şotlandiya və Haitinin qapısına yol taparaq Dünya çempionatında üç qrup matçının hər birində qol vuran ilk afrikalı futbolçu olub.
O, həmçinin 2010-cu ildə Asamoah Qyandan sonra bir Dünya Kubokunda 3 qol vuran ilk afrikalı statusuna yiyələnib.
Bu möhtəşəm performansdan sonra Saibarinin turnirin ardınca "Bavariya"ya transfer olunacağı demək olar ki, dəqiqləşib