
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan komanda Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz heç-heçə (0:0) ilə yekunlaşıb.
Xatırladaq ki, U-17 daha əvvəl Bolqarıstanla bərabərə qalıb - 1:1.
Komandamız martın 30-da Malta ilə qarşılaşacaq.