
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, B Liqasının 6-cı qrupunda mübarizə aparan milli Litvanın Raudondvaris şəhərində Şimali İrlandiya ilə qarşılaşacaq.
Raudondvario stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qarşılaşmanı Portuqaliya və Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu U-19 qrupdakı ilk oyununda meydan sahibi Litvaya 0:4 hesabı ilə uduzub.
AÇ-2027
B Liqası, 6-cı qrup
28 mart
17:00. Şimali İrlandiya (U-19) - Azərbaycan (U-19)
Hakimlər: Migel Noqeyra, Paulu Braş (hər ikisi Portuqaliya), Anatoli Vasyul, İon Orlik (hər ikisi Makedoniya).
Raudondvaris. Raudondvario stadionu.